Məhkəmə Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qərar çıxardı
Bakı Kommersiya Məhkəməsində "Sahil-R" MTK-nın Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiası üzrə məhkəmə iclası başa çatıb.
Hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, iddia qismən təmin edilib.
Xatırlatma: “Sahil-R" MTK Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verərək müqavilələrin ləğv edilməsi barədə tələb irəli sürüb.