Sosial şəbəkədə biz:

Avropa İttifaqı Qarabağ ermənilərinə 500 min avro ayırır

23 September 2023, 10:33
Gündəm

Avropa İttifaqı Qarabağda şiddətlənən döyüşlərdən zərər çəkmiş erməni sakinlər üçün 500 min avro humanitar yardım edəcək.

Bu haqda sentyabrın 22-si Avropa İttifaqının böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarçiç açıqlayıb.

Lenarçiçin qeyd etdiyinə görə, sakinlərə həm də sığınacaq və psixoloji dəstək göstərilməsi nəzərdə tutlub.

"Qarabağda münaqişənin genişlənməsi mülki əhali üçün ciddi nəticələrə səbəb olub. Buna cavab olaraq, Aİ məcburi köçkünlərə dəstək üçün təcili humanitar yardım olaraq əlavə 500.000 avro səfərbər edir. Biz vəziyyəti diqqətlə izləyirik və əlavə yardım təklif etməyə hazırıq. Aİ atəşkəsi alqışlasa da, mən münaqişənin bütün tərəflərini humanitar təşkilatların maneəsiz və dərhal çıxışını təmin etməyə çağırıram. Yardım işçilərinin ehtiyacı olan insanlara təcili yardım göstərməsini təmin etməliyik", - o qeyd edib.

Humanitar yardımın zərər çəkmiş insanlara nağd yardım vasitəsilə əsas ehtiyaclarını ödəməyə kömək edəcəyi bildirilib.

Qeyd edək ki, Avropa İttifaqı 2020-ci ildən bəri bölgəyə 21 milyon avrodan çox yardım ayırıb.