Sosial şəbəkədə biz:

"ABŞ Qarabağdakı vəziyyətə nəzarət edəcək beynəlxalq missiya yaratmağı təklif edir"

26 September 2023, 08:24
Gündəm

ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması üçün bütün dəstəyini davam etdirir.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib. Onun sözlərinə görə, ABŞ Qarabağdakı vəziyyətə nəzarət edəcək beynəlxalq missiya yaratmağı təklif edir.

“Hesab edirik ki, Qarabağda şəffaflığı, sakinlərin təhlükəsizliyini və əmin-amanlığını təmin edəcək beynəlxalq missiya yaradılmalıdır”, - Miller deyib. O əlavə edib ki, hazırda məsələ ilə bağlı aktiv müzakirələr aparılır.