Sosial şəbəkədə biz:

Polislər tərəfindən döyüldüklərini deyən qazilər danışdılar – Video

26 September 2023, 08:27
Gündəm

Xəbər verdiyimiz kimi, sentyabrın 22-də Kəlbəcər rayon sakinləri, Vətən müharibəsi iştirakçıları – Sərdar Quliyev və Ruslan Süleymanov intihara cəhd edib. Onlar buna səbəb kimi 28 saylı Polis bölməsinin rəis müavini və bir qrup polis əməkdaşı tərəfindən döyülüb, təhqirə məruz qalmalarını göstəriblər.
Daxili İşlər Nazirliyi isə sözügedən şəxsləri “özlərini qazi kimi təqdim edənlər” deyə təqdim edib və iddiaları təkzib edib.
Sərdar Quliyev və Ruslan Süleymanov baş verənlər barəsində Toplum TV-yə danışıblar.
Ruslan Süleymanov bildirib ki, həmin tarixdə Bakı Dövlət Universitetinin yataqxanasında yaşayan müharibə iştirakçısı dostları Mahmudov Rufanla polis əməkdaşları arasında münaqişə yaranıb və onlar həmin əraziyə yollanıblar.

https://www.youtube.com/watch?v=zFkibODHYRc&t=1301s