Sosial şəbəkədə biz:

90 yaşlı erməni qadın: “Allah bizim millətin üstünə od töksün” - VİDEO

28 September 2023, 09:11
Gündəm

Azərbaycan Ordusunun hərbçilərinin xəstə erməni qadına kömək etdiyini əks etdirən görüntülər yayılıb.

Belə ki, videoda hərbçilərimiz adının Gözəl olduğunu deyən 90 yaşlı erməni qadını xəstəxanaya yerləşdirməyə razı salmağa çalışırlar.

Daha sonra təcili yardım avtomobili vasitəsilə xəstəxanaya aparılan qadına lazımi tibbi yardım göstərildikdən sonra o, özünü yaxşı hiss etdiyini bildirir.

Azərbaycanlılardan razı olduğunu vurğulayan qadın: “Allah bizim millətin üstünə od töksün”, - deyə əlavə edib.

https://www.youtube.com/watch?v=71WaoBNnN7I