AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna təyinat olub
AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda icraçı direktor vəzifəsinə təyinat olub.
"Report"un yerli bürosu xəbər verir ki, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 28 sentyabr 2023-cü il tarixli qərarı ilə Akademiyanın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda icraçı direktor vəzifəsinə təyin olunub.