Sosial şəbəkədə biz:

Fransa Ermənistana kömək üçün hərbi müdaxiləyə hazırlaşır?

01 October 2023, 11:30
Gündəm

“Fransa Ermənistanın müdafiə ehtiyaclarını öyrənir”. 

Bunu “Franceinfo” radiostansiyasına müsahibəsində Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib.

Jurnalistin “Fransanın Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün hərbi müdaxilə edə bilərmi?” sualına cavabında Lekornu deyib ki, Prezident Makron vəziyyəti şəxsən izləyir.

“Mən bir neçə dəfə Ermənistanın müdafiə naziri ilə görüşmüşəm. Bundan əlavə, mən özümü erməni həmkarı ilə bu qədər əlaqədə olan ilk hərbi nazir hesab edirəm. Biz Ermənistanda indiyədək mövcud olmayan, Ermənistan ordusu və Ermənistan hakimiyyəti ilə gündəlik dialoq aparmağa imkan verən müdafiə missiyası açmışıq”, - Fransanın müdafiə naziri bildirib.

Ermənistanın problemləri ilə bağlı Fransadan hərbi müdaxilənin olub-olmayacağı ilə bağlı sualı cavablandıran Lekornu buna inanmadığını və bu suala Respublika Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandan tərəfindən cavab verilməli olduğunu vurğulayıb: 

“Biz Ermənistandan gələn müraciətləri öyrənirik, biz bunu, əlbəttə ki, edirik”. Cebhe.info