Sosial şəbəkədə biz:

Erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə necə olacaq?

02 October 2023, 16:50
Gündəm

Erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib.

Qeyd edilib ki, sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılır.

Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata keçirilir.