Sosial şəbəkədə biz:

"Qarabağ doğma limanına qayıdıb" - Qordon

03 October 2023, 00:48
Gündəm

Məşhur ukraynalı jurnalist Dmitri Qordon teleaparıcı Vasili Qolovanovla söhbətində Qarabağdan danışıb.
Bakupost.az xəbər verir ki, jurnalist Qarabağın azad edilməsinin Ukrayna, Gürcüstan və Moldava üçün ciddi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Qarabağ suveren Azərbaycanın ərazisidir, Cənubi Osetiya və Abxaziya suveren Gürcüstanın ərazisidir, Dnestryanı suveren Moldovanın ərazisidir, Krım və Donbass suveren Ukraynanın ərazisidir. Bu qədər!Burada müzakirə olunacaq heç nə yoxdur. Burada hər şey aydındır. Qarabağın otuz illik qarşıdurma tarixindən sonra öz doğma limanına qayıtması Ukrayna, Gürcüstan və Moldova üçün çox ümidvericidir. Bu o deməkdir ki, ədalət zəfər çalır, beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər müqəddəsdir”, - deyə Dmitri Qordon bildirib.