Sosial şəbəkədə biz:

Fuad Muradov həbs edildi

05 October 2023, 00:07
Gündəm

Oktyabrın 4-də "Milli Fədai Hərəkatı"nın təsisçilərdən biri Fuad Muradov həbs olunub. Ona  qarşı hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.


Hüquq-mühafizə orqanlarındakı mənbələr məlumatı təsdiqləyiblər.


Qeyd edək ki, Muradov vaxtaşırı müxalifət nümayəndələrini və hakimiyyətin digər tənqidçilərini təhdid edirdi.


Fuad Muradovun vəkililə əlaqə saxlamaq mümkün olmayıb./Turan