Sosial şəbəkədə biz:

Hacı İbrahim Nehrəmli də həbs edildi 

“Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli saxlanılıb. Bu barədə məlumat yayılıb. Azinforum.az-ın əldə etdiyi məlumata görə iş adamı dünən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Amma hüquq-mühafizə orqanları bu barədə şərh vermək istəmirlər. Bununla belə, məlumatı Hacı İbrahimin layihəsi olan “Xəzər İsland”da çalışan məsul şəxslərdən biri təsdiqləyib. O, aznews.az-a bildirib ki, hər gün adalarda olan Hacı İbrahim bir neçə gündür ki, iş yerinə baş çəkmir: “Dünən axşam isə eşitdik ki, onu həbs ediblər”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol