BMT missiyası yenidən Qarabağa səfər edəcək
BMT missiyasının yaxın günlərdə yenidən Qarabağ bölgəsinə səfəri planlaşdırılır.
Bu barədə oktyabrın 6-da Prezident İlham Əliyev və Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugenin görüşü zamanı qeyd edilib.
Səfərin BMT-nin Azərbaycanın ofisinin ixtisaslaşmış nümayəndələri tərəfindən ediləcəyi açıqlanıb.
Xatırladaq ki, missiyanın öncəki səfəri oktyabrın 2-də baş tutmuşdu. Təşkilat yaydığı bəyanatda Qarabağda mülki infrastruktura heç bir ziyan dəymədiyini bəyan edib.