Sosial şəbəkədə biz:

Nərə balığı kəskin bahalaşdı - VİDEO

07 October 2023, 01:08
Gündəm

Azərbaycan bazarında nərə balığın qiyməti iki dəfə artıb. 

Əvvəllər kiloqramı 30-40 manata təklif olunan balığın qiyməti indi 80 manata qədər qalxıb. 

Satıcılar bildiriblər ki, bahalaşma xüsusilə son aylarda müşahidə edilir. 

Satıcıların sözlərinə görə, bu balıq növü indi ya xaricdən, ya da müxtəlif rayonlardakı balıqyetişdirmə təsərrüfatlarından gətirilir.47

Satıcılar təsərrüfat balıqlarının birdən-birə bu cür bahalaşmasını həm təklifin az olması, həm də yetişdirilmə xərclərinin çoxluğu ilə əlaqələndirirlər. 

Ətraflı süjetdə:

https://www.youtube.com/watch?v=lZDO8pjoU48