Sosial şəbəkədə biz:

XİN-də protokol idarəsinin rəisi işdən çıxarılıb? – Açıqlama

08 October 2023, 00:27
Gündəm

Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin protokol idarəsinin rəisinin işdən çıxarılması ilə xəbərlər yayılıb.
Yayılan məlumatlarda xarici işlər naziri Ceyhun Bayramovun əmri ilə nazirliyin Protokol idarəsinin rəisi Ramil Rzayev işdən çıxarılıb.
Məsələ ilə bağlı Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildiirlib ki, nazirlikdə daxili rotasiya olub.
"Bu işdən çıxarılma deyil. Daxili rotasiya olub. Ramil Rzayev başqa idarənin rəisi təyin edilib. O, yeni vəzifəsinin icrasına 12 oktyabr tarixindən etibarən başlayacaq", - deyə əlavə edib. Trend