Sosial şəbəkədə biz:

Elektron reseptin tətbiqi: Dərmanların keyfiyyətinə necə təsir edəcək?

08 October 2023, 00:54
Gündəm

"Azərbaycanda yerli və beynəlxalq ekspertlərlə, əsasən də türkiyəli mütəxəssislərlə birgə vətəndaşlara ambulator şəraitdə dərmanların verilməsi istiqamətində mexanizmlər hazırlanır".

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndəsi Elmin Quluyev deyib.

Onun sözlərinə görə, ambulator şəkildə dərmanların verilməsi elektron reseptlə təqib olunacaq:

"Hazırda tibb müəssisələrinin təminatında olan dərmanların sayı 405-ə çatdırılıb. Bu da keçən illə müqayisədə 60 dərman çoxdur".

Farmakoloq Aydın Əliyev Cebhe.info-ya açıqlamasında deyib ki, burada söhbət dərmanla bağlı reseptlərin elektron formada yazılmasından gedir:

"Belə ki, burada həkimlərə dərmanların adını yox, tərkibini yazmaq tələb olunur. Bir dərmandan ayrı-ayrı firmalar istehsal edirlər, satırlar. Hamı da bilir ki, ayrı-ayrı firmaların dərmanlarında keyfiyyət fərqi olur. Deyilir ki, bu dərman filan xəstəlikdə işlədilir, amma keyfiyyət cəhətdən həmin xəstəliyə təsir etmir. Məhz reseptlərin elektron formada yazılmasından sonar bu kimi problemlər həll olunacaq".