Sosial şəbəkədə biz:

Müşfiq həyat yoldaşından AYRILDI

09 October 2023, 12:57
Gündəm

Aktyor Müşfiq Şahverdiyev və həyat yoldaşı Aynurə ayrılıb. 

Axşam.az-ın əldə etdiyi məlumata görə, cütlük aylar əvvəl ailə həyatına son qoyub. Aynurə övladı ilə birlikdə Ukraynada yaşayır. 

Qeyd edək ki, Müşfiq və Aynurə 2017-ci ildə ailə qurub. Onların 2019-cu ildə bir oğul övladı dünyaya gəlib. Onlar sonuncu dəfə ötən ilin fevralında Dubayda istirahət edərkən birlikdə foto yayımlayıblar.