Sosial şəbəkədə biz:

Ərdoğan Ermənistandan gözləntilərini açıqladı

10 October 2023, 00:33
Gündəm

Türkiyə Ermənistandan sülh və rifaha yönəlmiş bir siyasət gözləyir.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib. O qeyd edib ki, Ermənistan başda Zəngəzur dəhlizinin açılması olmaqla, vədləri yerinə yetirərsə, Türkiyə münasibətləri addım-addım inkişaf etdirməyə hazırdır.

"Ermənistan başda Zəngəzur dəhlizinin açılması olmaqla, vədləri yerinə yetirərsə, Türkiyə münasibətləri addım-addım inkişaf etdirməyə hazırdır”, - deyə o bildirib.