Sosial şəbəkədə biz:

Ölkədə nigahlar azalıb, boşanmalar artıb

11 October 2023, 16:35
Gündəm

Azərbaycanda nigahlar azalıb, boşanmalar artıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-avqust aylarında 33836 nikah və 14544 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nigahların sayı azalaraq 6,0-dan 5,0-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.