Sosial şəbəkədə biz:

Azərbaycan şahmatçısı dünya çempionatında birinci olub

13 October 2023, 08:16
Gündəm

Azərbaycan şahmatçısı Gövhər Beydullayeva İtaliyada gənclər arasında keçirilən dünya çempionatında birinci yeri tutub.

O, rapid növündə 11 turdan sonra 9 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Moqamed Muradlı 6.5 xalla 8-ci olub.

Dünya çempionatı blits növü üzrə yarışlarla davam edəcək./Report