Şuşanın nəfəs yolu açıldı- Mehriban Vəzir
"Əskəran Şuşa qalasının qapısıdı, qala bizdə, qapısı düşməndə ola bilməzdi. Olmadı! Bayrağımız qapımızda da ucaldı".
Bunu sosial şəbəkədə yazıçı-publisist Mehriban Vəzir bildirib.
"Xocalı bir namus məsləsi idi. Namus ləkəsi əskərimin qanı ilə yuyuldu. Bayrağımız ucaldı!
Xankəndi Şuşanın nəfəs yolu idi. Açıldı. Bayrağımız ucaldı!
Biz bu günləri gördük!
Gördük... bizim də gözlərimiz sevinc yaşları ilə dolarmış...
Dünyada haqlı olmaqdan qüdrətli heç nə yoxdur!!!" - deyə qeyd edib.