Sosial şəbəkədə biz:

Region ölkələrində uşaq bağçalarının qiyməti – Siyahı

19 October 2023, 15:33
Gündəm

Region ölkələri arasında ən bahalı uşaq bağçaları Belarusda fəaliyyət göstərir.
Yeniavaz.com məşhur “numbeo” portalında yer alan sonuncu məlumatlara istinadən bildirir ki, Belarusda valideynlərin tam gün üçün nəzərdə tutulan uşaq bağçalarına ödədiyi orta aylıq məbləğ 382 dollara bərabərdir.
Region ölkələri arasında Belarusdan sonra ən bahalı uşaq bağçaları Ermənistanda fəaliyyət göstərirlər. Bu ölkədə tam gün üçün nəzərdə tutulan uşaq bağçalarında orta aylıq ödəniş 305 dollar təşkil edir.
Azərbaycanda tam gün üçün nəzərdə tutulan özəl uşaq bağçalarında orta aylıq xidmət haqqı 226 dollara (385 manat) bərabərdir.
Qeyd edək ki, bu qiymətə qidalanma və məşğələlər də daxildir.
Digər region ölkələrində isə tam gün üçün nəzərdə tutulan özəl uşaq bağçalarının orta aylıq qiyməti belə olub:
Belarus – 382 dollar
Ermənistan – 305 dollar
Türkiyə – 292 dollar
Ukrayna – 281 dollar
Rusiya – 249 dollar
Gürcüstan – 242 dollar
Azərbaycan – 226 dollar
Qazaxıstan – 215 dollar
İran – 111 dollar