Sosial şəbəkədə biz:

UEFA-dan İsraildəki beynəlxalq oyunlarla bağlı qərar

20 October 2023, 08:25
Gündəm

UEFA İsraildə beynəlxalq yarışların keçirilməməsinə qərar verib.
Qərar növbəti bildirişədək qüvvədə qalacaq. Buna səbəb Qəzza zolağında başverənlərdir.

Oktyabrın 26-da keçirilməsi planlaşdırılan Avropa Liqasının “Vilyarreal” (İspaniya) – “Makkabi” (Hayfa, İsrail) oyunu dekabrın 6-na, Konfrans Liqasının “Makkabi” (Təl-Əviv, İsrail) – “Zarya” (Ukrayna) qarşılaşması isə noyabrın 25-nə salınıb.

Hayfa “Makkabi”sinin U-19 komandası isə UEFA Gənclər Liqasında iştirakdan imtina edib.