İnsanlar ən çox bu bitki yağlarından istifadə edir – Tam siyahı
Ötən il dünyada 213 milyon min ton bitki yağından istifadə olunub.
Yeniavaz.com məşhur “statista” portalına istinadən bildirir ki, əvvəlki illə müqayisədə istifadə olunan bitki yağının miqdarı 4,4% və ya 9 milyon ton artıb.
Dünyada ən çox istifadə olunun bitki yağı palma yağı hesab olunur. Ötən il dünyada istifadə olunan bitki yağlarının 1/3-i və ya 76,04 milyon tonu palma yağının payına düşüb. Son bir ildə palma yağının istehlakı 7% və ya 5 milyon ton artıb.
Ən çox istifadə olunan bitki yağları arasına ikinci sırada soya yağı dayanır. 2022-ci ildə bütün dünyada 60,32 milyon ton soya yağının istifadə edildiyi bildirilir. Son bir ildə soya yağının istehlakı təxminən 1 milyon ton artıb.
Soya yağından sonra ən çox raps (kanola) yağından istifadə edilib ki, bu yağın da illik istehlakı 31,21 milyon ton olub.
Son bir ildə raps yağına olan tələbat da artıb. Son bir ildə ancaq fıstıq yağına olan tələbat dəyişməyib. Digər yağlara – xurma, pambıq, kosk və zeytun yağına olan tələbat da artıb.
| Yağlar | 2021 (milyon ton) | 2022 (milyon ton) |
| Palma yağı | 71,12 | 76,04 |
| Soya yağı | 59,3 | 60,32 |
| Raps (kanola) yağı | 29,44 | 31,21 |
| Günəbaxan yağı | 17,88 | 18,58 |
| Xurma yağı | 8,29 | 8,78 |
| Fıstıq yağı | 6,51 | 6,51 |
| Pambıq yağı | 4,97 | 4,99 |
| Koks yağı | 3,51 | 3,78 |
| Zeytun yağı | 3,15 | 2,78 |