Sosial şəbəkədə biz:

NATO-dan Rusiyaya çağırış: Qoşunları çıxart!

27 October 2023, 08:26
Gündəm

NATO Baş katibi Yens Stoltenberq Brüsseldə Moldovanın Baş naziri Dorin Reçan ilə görüşüb.

Bu barədə Alyans rəhbəri X sosial şəbəkəsində qeyd edib.
O bildirib ki, NATO Moldovanın suverenliyini tam dəstəkləyir, yəni Dnestryanının müstəqilliyini tanımır:

“Hörmətli tərəfdaşımız Moldovanın Baş naziri Dorin Reçan ilə görüşməyimə şadam. NATO sizin suverenliyinizi və ərazi bütövlüyünü tam dəstəkləyir və biz Rusiyanı öz qoşunlarını ərazinizdən tamamilə çıxarmağa çağırırıq”, - Stoltenberq yazıb.

O əlavə edib ki, Moldova NATO-nun dəstəyinə arxalana bilər.