Sosial şəbəkədə biz:

Azərbaycan selektiv aborta görə dünya birincisi olaraq qalır

28 October 2023, 10:47
Gündəm

Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir".

Bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı deyib.

Onun sözlərinə görə, 2021-ci ildə bu məsələdə birinci yerdə olan Çini artıq üstələmişik.

"Bütün selektiv abortlar kriminal abortlardır. Bununla cinayət məcəlləsinin qapısı açılır. Həmçinin bir məsələyə də diqqət çəkmək istəyirəm. 2008-ci ildə Dövlət Statistika Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə araşdırma aparmışdıq. O zaman qadın respondentlərin 37 faizindən artığının zorakılığa məruz qaldığını öyrənmişdik. Əfsuslar olsun ki, bu araşdırma o vaxtdan bəri aparılmayıb. 2024-cü ildə biz yenidən bu araşdırmanı aparmaq niyyətindəyik və nəticələri ictimaiyyətə açıqlanacaq", -  Fərid Babayev bildirib. 

O, Azərbaycanda abortların sayının da yüksək olduğunu bildirib. 

Fərid Babayev həmçinin qeyd edib ki, Azərbaycan regionda yeganə ölkədir ki, uşaqlıq boynu xərçəngi müalicəsi dövlət səviyyəsində aparılmır. APA