Sosial şəbəkədə biz:

“Xalq Sığorta” “uçurumun kənarında”- Biznes itkilər 13 milyonu ötüb

01 November 2023, 14:40
Gündəm

2023-cü ilin ilk doqquz  ayında “Xalq Sığorta” şirkətinin sığorta yığımları 43,4% azalaraq 17,09 milyon manat təşkil edib.

“Yeni Sabah”ın məlumatına görə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 13,1 milyon manata bərabər olub. Ötən ilin yanvar-sentyabr aylarında “Xalq Sığorta”nın yığımları 30,19 milyon manat olmuşdu.

Bu ilin III rübündə “Xalq Sığorta”nın sığorta ödənişləri isə 18,06 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrünə nisbətən 1,6 milyon manat azdır. 

Bu dövrdə sığorta şirkətinin ödənişləri yığımlarından 967 min manat artıq olub. Bu isə onun zərərliliyini bir əvvələ nisbətən 65,1%-dən 105,7%-ə yüksəldib.