Sosial şəbəkədə biz:

“Tarixi qələbəmizi əks etdirən filmlər çəkilməyib”

03 November 2023, 16:53
Gündəm

“Azərbaycan 3 ildir qələbə qazanıb. Lakin hələ də bu tarixi özündə əks etdirən bədii əsər və filmlər görə bilmirik”.

Bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

O bildirib ki, dövlət büdcəsindən kino sahəsi üçünü ayrılan vəsaitlərə istiqamətdən də baxılmalıdır: “Bəzən insan unutqan olur. Tarixi qələbədə əməyi olan qəhrəmanları yaşatmalıyıq. Mədəniyyət Nazirliyi də bilvasitə bu işə dəstək verməli və nəticə görməliyik”.