Sosial şəbəkədə biz:

Musa Quliyev: Gələn il pensiyalar 11 % artacaq

04 November 2023, 15:22
Gündəm

Gələn il pensiyalar 11 % artacaq.

Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, cari və növbəti illərdə də orta aylıq pensiyanın, orta aylıq əməkhaqqıya nisbəti müvafiq olaraq, 46,8% və 49,3 % olmaqla Avropa sosial xartiyasının tələblərinə cavab verəcək:

“Pensiyaçıların sosial rifahının qorunması məqsədilə əmək pensiyaçılarına verilən maddi yardımlar pensiyaların tərkibinə daxil edilərək indeksləşdirilib. Növbəti ildən 3 yaşına kimi uşağa qulluğa, hamilələrə və s. 181,6 milyon manat vəsait nəzərdə tutulub". APA