Sosial şəbəkədə biz:

Əmanətlərin Sığortalanması Fondu son beş ayda 1,2 milyonluq vergi borcunu ödəməyib

04 November 2023, 18:52
Gündəm

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) vergi borcu 1,2 milyon manatı ötüb.
Valyuta.az-ın araşdırmasına görə, noyabr ayının 3-nə qurumun yığılmış vergi borcu 1 milyon 213 min 859 olub. Bu isə may ayı ilə müqayisədə 6,4%  çoxdur. Belə ki, bu ilin may ayında Fondun vergi borcu 1 milyon 140 min 405 manat təşkil etmişdi.

Qeyd edək ki, Vergilər Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.
Maraqlıdır ki, ƏSF həmçinin, son 2 il üzrə maliyyə və audit olunmuş illik hesabatlarını açıqlamır. Fondunun sonuncu illik hesabatı 2020-ci ilə aiddir. Bu isə bankların ləğvetmə prosesini həyata keçirən qurumun fəaliyyətində şəffaflıq məsələsini şübhə altına alır.