Sosial şəbəkədə biz:

Şimali Kipr Zəfər Günümüzü belə TƏBRİK ETDİ

08 November 2023, 12:10
Gündəm

Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını və ordusunu təbrik edib.

Təbrik mətni nazirliyin "X" hesabında paylaşılıb.

"Qardaş Azərbaycan işğal altında olan torpaqlarını azad edib. Qəhrəman Azərbaycan xalqını və ordusunu 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edir, bütün şəhidlərimizi rəhmətlə anırıq", - paylaşımda bildirilib.