Sosial şəbəkədə biz:

“Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqəsinə Rusiya sərhədçiləri nəzarət edəcək”

10 November 2023, 00:34
Gündəm

“İrəvanın təşəbbüsləri Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin birgə sədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində son illərdə artıq müzakirə olunan layihələrə bir çox cəhətdən uyğundur”.
Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, üçtərəfli işçi qrupu regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə məşğuldur:
“Biz hesab edirik ki, bu proses Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayır, sabitliyə töhfə verir. Üç ölkənin lideri 2020-ci ildə Qarabağda belə bir işçi qrupunun yaradılması barədə qərar qəbul edib. Artıq həmin qrupun 12 iclası keçirilib, çox böyük işlər görülüb və bütün tərəflər üçün faydalı olacaq paket qərarın qəbuluna yaxınlaşmaq mümkün olub. Biz əvvəlki kimi regional kommunikasiyaların blokdan çıxarılması prosesinə lazımi dəstəyi göstərməyə hazırıq”.
Ermənistan Milli Təhlükəsizlik Xidmətində regional və beynəlxalq yol və digər rabitə təhlükəsizliyinə nəzarət bölməsinin yaradılmasını şərh edən Zaxarova qeyd edib:
“Diqqəti cəlb etmək istərdim ki, üçtərəfli sazişlərə uyğun olaraq, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarət Rusiya FTX-nin sərhəd mühafizə xidmətinin orqanları tərəfindən həyata keçiriləcək”.