“Hakim penaltini verməyə bilərdi” - Qurban Qurbanov
"Hakim penaltini verməyə bilərdi”.
Oxu.Az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov CBC telekanalına deyib.
“Epizod rəqibin qapısında olsaydı, inanmıram ki, penalti verərdilər. Hakimlər komandaların səviyyə fərqini də düşünməlidir, bir az alicənab olmalıdırlar. Deyəcək bir şey yoxdur”, - deyə o qeyd edib.
Qeyd edək ki, “Qarabağ” güclü rəqibi "Bayer 04" ilə başabaş mübarizə apardığı matçın yalnız 90+4-cü dəqiqəsində qol buraxıb. İngiltərəli baş hakim Kreyq Pousonun təyin etdiyi penaltini Viktor Bonifeys dəqiq yerinə yetirərək, komandasına qələbə qazandırıb - 1:0.