Sosial şəbəkədə biz:

Yağış yağacaq, duman olacaq

12 November 2023, 11:36
Gündəm

Bu gün bəzi şəhərətrafı ərazilərdə yağış yağacaq. Rayonlarda isə duman gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeronda gecə 11-16, gündüz 16-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gecə 6-10, gündüz 17-22 dərəcə isti, dağlarda gecə üç dərəcə şaxtadan iki dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq.

Səhər bəzi rayonlarda duman müşahidə ediləcək.