Sosial şəbəkədə biz:

Şeyxin qızı klinika rəhbərliyindən getdi: “Zəhra Clinic”in yeni rəhbəri kimdir? - Fotolar

16 November 2023, 00:05
Gündəm

“Zəhra Clinic” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi dəyişib.

Qaynarinfo-nun məlumatına görə, Paşazadə Vəfa Allahşükür qızını Hüseyn Fərid Fikrət oğlu əvəzləyib.

V. Paşazadə 26 oktyabr 2017-ci ildən klinikanın qanuni təmsilçisi idi. Həmçinin klinikanın nizamnamə kapitalı 100 manatdan, 200100 manata qaldırlıb.

Xatırladaq ki, Vəfa Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızıdır.