Sosial şəbəkədə biz:

“İşsizlərə sosial yardım versək, işləməyəcəklər” – Nazir müavini

17 November 2023, 00:38
Gündəm

“İşsiz insanlara ünvanlı sosial yardım versək, onlar işləməyəcəklər”.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanununun layihəsinin müzakirəsi zamanı deyib.
“Bəzən suallar verilir ki, bəzi ailələr həm işləyir, həm də ünvanlı dövlət sosial yardımı alır. Ünvanlı sosial yardımın fəlsəfəsi ayrıdır. Yəni işsiz insanlara bu yardımı versək, onlar işləməyəcəklər”, - A. Kərimov bildirib. APA