Sosial şəbəkədə biz:

Putindən sənətçilərə: "Baş təkcə danışmaq üçün deyil"

18 November 2023, 09:46
Gündəm

Rusiya prezidenti Vladimir Putin Ukrayndakı mühairbə mövzusunda emosional qiymətləndirmələr edən mədəniyyət xadimlərinə açıqlama verməzdən əvvəl düşünməli olduqlarını xatırladıb.

Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda çıxış edən Putin deyib: "Baş təkcə danışmaq üçün deyil, həm də bir şey söyləməzdən əvvəl düşünmək üçün bir vasitədir."

Rusiya lideri qeyd edib ki, 2014-cü ilə qədər o, Ukrayna ilə mümkün münaqişə barədə düşünməyib. Putin etiraf edib ki, o vaxt kimsə belə nəticədən danışsaydı, inanmazdı.