Sosial şəbəkədə biz:

Cari ilin 9 ayında ölkədə 2574 əkiz doğulub

18 November 2023, 11:20
Gündəm

2023-cü ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 85352 doğulan körpə qeydə alınıb. 

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.  

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,4-dən 11,2-yə düşüb. 

Doğulan körpələrdən 2574-ü əkiz, 102-si üçəm, 4-ü isə dördəm olub. 
Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub. Doğulan körpələrdən 2 574-ü əkiz, 102-si üçəm, 4-ü isə dördəm olub.