Sosial şəbəkədə biz:

Anar onlara ev verdi - Siyahıda müşaviri və sürücüsü də var

19 November 2023, 11:05
Gündəm

Bir neçə gündür ki, mətbuat və sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin bir qrup yazıçıya ev verdiyi, lakin siyahını açıqlamadığı bildirilir.
Siyahıda kimlərin adı olması ilə bağlı öncə AYB-nın mətbuat xidmətinin rəhbəri Xəyal Rza ilə əlaqə saxladıq. Ondan sosial şəbəkələrdə yayılan siyahının doğru olub-olmadığını soruşduq.
Xəyal Rza binanın AYB-yə məxsus olmadığını, sosial şəbəkələrdə yayılan siyahının isə reallığı əks etdirmədiyini bildirdi:

"Bina bizim deyil. Hələlik tikinti tam başa çatmayıb. Sosial şəbəkələrdə yayılan siyahı isə düzgün deyil".

Bakupost.az-ın əldə etdiyi məlumata görə, yazıçılar arasında qalmaqala səbəb olan bina AYB-yə məxsus torpaq sahəsində tikilir. Xətai metrosu yaxınlığında tikilən 12 mərtəbəli binada 200-ə yaxın mənzil var. Həmin mənzillərdən 30-nun AYB-yə ayrıldığı bildirilir.

Məlumata görə, AYB həmin mənzillərdən 21-nı öz üzvlərinə vermək barədə qərar qəbul edib. Qeyd olunur ki, mənzillər təmirsizdir.

"AYB-nın 21 üzvünə verilən mənzillərin əksəriyyəti 1-2 otaqlıdır. Lakin 3-4 otaqlı mənzillər də var. 21 mənzil əsasən, AYB-nın idarə aparatında çalışanlara, oradan dəfələrlə ev və maşın alanlara verilib. Onların arasında elələri var ki, bu, AYB-dən aldığı üçüncü mənzildir", - deyə mənbəmız bildirib.

Maraqlı nüanslardan biri də odur ki, ev alanlar arasıda AYB sədri Anarın sürücüsü, bəzi katiblərin isə katibələri də var.
Beləliklə, siyahını təqdim edirik:

1.Əli - Təsərrüfat şöbəsinin müdiri
2.Elmar - Təsərrüfat şöbəsinin işçisi
3.Anarın sürücüsü
4.Elxan Zal - evi var
5.Ülviyyə Heydərova - jurnalist
6.Arifə Əliyeva - Kadrlar şöbəsinin müdiri, AYB-dən ücüncü evi alıb.
7.Məlahət Qənbərova
8.Rauf Aslanov - Anarın müşaviri9.Şəmsiyyə Camalova - İlqar Fəhminin katibəsi, evi var10.Narıngül Nadir - evi var.11.Şəfəq Sahibli - evi var.
12.Südabə Ağabalayevə - "Azərbaycan" jurnalının baş redaktoru
13.Firuz Mustafa - evi var14.Vaqif Əlixanlı - evi var
15.Dəynaət Osmanlı - AYB-dən aldığı ikinci ev
16.Xanəmir - evi var
17.Ulucay Akif - evi var
18.Güləmayıl Murad- evi var
19.Gülxani Pənah - evi var.
BakuPost