Sosial şəbəkədə biz:

Qazaxıstan Prezidenti noyabrın 24-də Azərbaycana gələcək

21 November 2023, 08:53
Gündəm

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 24-də Azərbaycana işgüzar səfərə gələcək.

Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Qazaxıstan dövlət başçısı BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək sammitində iştirak edəcək.