Sosial şəbəkədə biz:

Türkiyə millisi AVRO-2024-ə qrup lideri kimi yollandı

22 November 2023, 08:46
Gündəm

AVRO-2024-ün seçmə mərhələsinə yekun vurulub.

Son gündə B, D və I qruplarında X turun oyunları keçirilib.

Həmin qruplarda Fransa, Niderland, Türkiyə, Rumıniya və İsveçrə final mərhələsinə vəsiqəni öncədən rəsmiləşdiriblər.

D qrupunda yer alan Xorvatiya Ermənistanı məğlub edib və final mərhələsində iştirakını rəsmiləşdirib. Türkiyə isə səfərdə Uels yığması ilə heç-heçə etməklə Avropa çempionatına qrup lideri kimi yollanıb.

AVRO-2024, seçmə mərhələ

X tur

21 noyabr

B qrupu

Cəbəllütariq - Niderland - 0:6

Yunanıstan - Fransa - 2:2

Xal durumu: Fransa – 22, Niderland – 18, Yunanıstan – 13, İrlandiya – 6, Cəbəllütariq – 0.

D qrupu

Xorvatiya - Ermənistan - 1:0

Uels - Türkiyə - 1:1

Xal durumu: Türkiyə – 17, Xorvatiya – 16, Uels – 12, Ermənistan – 8, Latviya - 3.

İ qrupu

Andorra - İsrail - 0:2

Kosova - Belarus - 0:1

Rumıniya - İsveçrə - 1:0

Xal durumu: Rumıniya – 22, İsveçrə - 17, İsrail – 15, Belarus – 12, Kosova – 11, Andorra – 2.