Sosial şəbəkədə biz:

Ermənistandakı azərbaycanlı əsirlər qaytarılacaq? - Paşinyan açıqladı

24 November 2023, 16:34
Gündəm

Ermənistanın baş naziri Nikol Paşinyan azərbaycanlı əsirlərin dəyişdirilə biləcəyinin anonsunu verib. 

Bu barədə o, keçirdiyi mətbuat konfransında danışıb. 

Paşinyan Ermənistandakı azərbaycanlı əsirlərin Azərbaycanda məhkum olunmuş erməni diversantları ilə dəyişdirilə biləcəyinin mümkünlüyünü diqqətə çatdırıb. 

"Biz məsələyə humanitar xarakter verərək dəyişməyə hazırıq" - Ermənistanın baş naziri deyib. 

"Azərbaycanla danışıqlar bunun yollarından biridir", - Paşinyan bildirib.