Sosial şəbəkədə biz:

2 manatlıq şirkət 1500 manat cərimələndi

25 November 2023, 08:56
Gündəm

Dəmiryolu nəqliyyat vasitələri ilə ölkə ərazisinə daxil olmuş yük üçün gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim etmədiyi üçün "Paşa-K" Firması barəsində protokol tərtib edilib. 

Qaynarinfo-nun məlumatına görə, nizamnamə kapitalı 2 manat olan şirkətin qanuni təmsilçisi Elxan Rzayev Abduləli oğluna İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimələ protokolu yazılıb.

Məhkəmənin qərarı ilə Elxan Rzayev İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat cərimələnib.