Sosial şəbəkədə biz:

Səhiyyə Nazirliyinin 5 milyon manatlıq tenderini bu şirkət uddu

26 November 2023, 10:07
Gündəm

Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin Təminat Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi "Labservis LTD” MMC olub.

Yeniavaz.com xəbər verir ki, Nazirliyin Mərkəzi şirkətə laboratoriya reaktivləri və digər zəruri ləvazimatların alınmasına görə 5 milyon 128 min 186 manat 23 qəpik ödəyəcək.

Nizamnamə kapitalı 2 min 400 manat olan "Labservis LTD” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 81, mənzil 2-də yerləşir. Şirkətin qanuni təmsilçisi Şahbazova Roza Qafar qızıdır.