Sosial şəbəkədə biz:

Sumqayıtda böyük yanğın başladı: Tüstü şəhəri bürüdü

27 November 2023, 08:36
Gündəm

Sumqayıtda Məişət Tullantıları Poliqonunda yanğın başlayıb. Yanğın 7 hektar ərazini əhatə edib.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Küləkli hava səbəbindən Sumqayıtın bir çox küçə və prospektlərində qatı tüstü əmələ gəlib. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.