Sosial şəbəkədə biz:

Ermənistan XİN: “Görüş olmayacaq...”

30 November 2023, 16:37
Gündəm

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Skopyedə görüş planlaşdırılmır”.

Bunu Ermənistan XİN-in nümayəndəsi Ani Badalyan deyib.

Onun sözlərinə görə, Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası çərçivəsində Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüş nəzərdə tutulmayıb.