Qəzzada ölən jurnalistlərin sayı 61-ə çatdı
Fələstin-İsrail münaqişəsinin başlamasından Qəzza zolağında 61 jurnalist həlak olub.
Bu barədə məlumatı Jurnalistlərin Müdafiə Komitəsi yayıb.
Bu məlumatların dekabrın 1-nə aid olduğu qeyd edilir.
Həmçinin təşkilatın məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında işləyən jurnalistlərin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini bəyan edib.
Bundan əvvəl 53 jurnalistin öldürüldüyü bildirilirdi.