Sosial şəbəkədə biz:

Nazir: İki valideyn arasındakı münaqişəni dövlət həll edə bilməz

04 December 2023, 16:36
Gündəm

"Valideyn hansısa özəl bağçadan narazıdırsa, övladını həmin bağçaya göndərməyə bilər".

Bunu elm və təhsil naziri Emin Əmrullayev özəl bağçalarla bağlı narazılıqla əlaqədar sualı cavablandırarkən deyib.

O bildirib ki, kimlərinsə arasında konflikt olubsa, dövləti çağırmağa gərək yoxdur:

"Bunun üçün hansısa cəzalandırma mexanizmi yoxdur. Dövlət cinayət, inzibati pozuntu olduğu zaman müdaxilə edə bilir. Lakin iki valideyn, şəxs arasındakı münaqişəni dövlət həll edə bilməz".

APA