Qəzza zolağında 65 jurnalist öldürülüb
Oktyabrın 7-dən İsrail, Livan və Fələstində gedən döyüşlər nəticəsində azı 65 mətbuat işçisi həlak olub.
Bu barədə BMT-də məşvərətçi statusa malik İsveçrənin "Press Emblem Campaign" (PEC) qeyri-hökumət təşkilatı məlumat yayıb.
"Press Emblem Campaign" Qəzza zolağında iki aylıq müharibə zamanı çox sayda jurnalist itkisindən dəhşətə gəldiyini qeyd edib. Oktyabrın 7-dən bəri döyüşlərdə ən azı 65 media işçisi öldürülüb ki, bu da orta hesabla “gündə birdən çox itkidir”. Ölənlər arasında 58 fələstinli jurnalist və 4 israilli var. Livanda üç mətbuat işçisi həlak olub.
Qeyd edək ki, dekabrın 5-də Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi 63 media işçisinin öldüyünü açıqlayıb.