Banklara olan borc 22 milyardı keçib
Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfeli 22 milyard manatı keçib.
Bu haqda Azərbaycan Mərkəzi Bankının (AMB) saytında yerləşdirilən infoqrafikada məlumat yer alıb.
Bildirilir ki, bankların verdiyi ümumi kreditin həcmi 22 milyard 459 milyon 700 min manat təşkil edir.
Qeyd edək ki, məlumat 1 noybara qədərki dövrü əhatə edir.