Ərdoğan azərbaycanlı deputatlarla görüşdü – Fotolar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı deputatları qəbul edib.
Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.
“Ankaraya səfər edən Azərbaycan Milli Məclisinin Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvləri Ədalət və İnkişaf Partiyasının qərargahında Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib”, - məlumatda deyilir.

